Netanyahunun Baydenlə görüşü gözlənilir

   Netanyahunun Baydenlə görüşü gözlənilir
  25 İyul 2024    Oxunub:549
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfəri çərçivəsində Prezident Co Baydenlə görüşəcək.
AzVision.az xəbər verir ki, görüşdə ABŞ-nin Qəzza zolağındakı müharibə fonunda İsrailə dəstəyinin artırılması ilə bağlı danışıqlar aparılacaq.

Netanyahunun həmçinin vitse-prezident, Demokratlar Partiyasının prezidentlik yarışında yeni namizədi Kamala Harrislə də görüşü planlaşdırılır.

Xatırladaq ki, Benyamin Netanyahu ötən gün Konqresdə İsrail-HƏMAS müharibəsinin cari vəziyyəti üzrə nitq söyləmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İsrail   görüş   müharibə  





Xəbər lenti