Paris Olimpiya Oyunlarında içməli su və nəqliyyat problemləri yaşanır

   Paris Olimpiya Oyunlarında içməli su və nəqliyyat problemləri yaşanır
  26 İyul 2024    Oxunub:1209
Parisdə keçirilən Olimpiya Oyunlarının təşkilatçılığı ilə bağlı yeni problemlər yaranıb.
İranın İRNA agentliyinin jurnalisti Səid Cavadın yaydığı məlumata görə, qonaqlar qida və nəqliyyatla bağlı çətinliklərlə üzləşirlər.

Olimpiya “həbsxanası”: İdmançılar Parisdəki şəraitdən narazıdırlar | VIDEOLAR
Qeyd edilir ki, xüsusən də nəqliyyat məsələləri ilə bağlı çatışmazlıqlar Fransaya gələn turistlərin, ilk qarşılaşdığı ciddi problemdir. Parisdə hava limanından işləyən xüsusi nəqliyyat vasitələri yoxdur. Bu da azmış kimi metro stansiyalarında eskalatorlar da işləmir.

“Fransa hələ də israr edir ki, yarışa qonaq qismində qatılmaq istəyənləri qarşılamaq, onlara şərait yaratmaq üçün xeyli vəsait xərcləyib. Lakin media nümayəndələri və qonaqların hətta adi içməli su ilə bağlı problemləri var”, - Bəşiri gileylənib.

Bir müddət öncə Parisə gələn idmançılar da sosial şəbəkələrdə narazılıqlarını bildirmişdilər. Onları ən çox narazı salan məsələlərdən biri karton çarpayılar olub. Təşkilatçılar bunu ekoloji səbəblərlə izah etməyə çalışsalar da, qonaqlar fransızların sadəcə, simiclik etdiyini düşünürlər. İdmançıların sözlərinə görə, bu çarpayılarda yatmaq olduqca narahatdır. Yuxusuzluq isə yarışda göstərəcəkləri nəticələrə təsir edə bilər.

Paris Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Fransa Olimpiya oyunlarına hazıqlıq üçün 12 milyard dollar xərcələyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Nəqliyyat  





Xəbər lenti