"Türkiyə ilə münasibətlərin normallaşması prosesinə sadiqik"

   "Türkiyə ilə münasibətlərin normallaşması prosesinə sadiqik"
  26 İyul 2024    Oxunub:253
"Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi çərçivəsində əldə olunan bütün razılaşmaların yerinə yetirilməsinə sadiqdir və Ankaradan da bunu gözləyir".
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Türkiyə-Ermənistan sərhədində planlaşdırılan görüş baş tutmayıb
Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı xüsusi nümayəndələrin görüşünə gəlincə, XİN qeyd edib ki, yalnız dəqiq razılaşmalar əldə olunduqda məlumat veriləcək.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvanla Bakı arasında sülh prosesinin müsbət nəticələnəcəyi təqdirdə Ermənistanla sərhədin açıla biləcəyini istisna etməyib.

Həmidə İbrahimova
AzVision.az




Teqlər:   Türkiyə   Ermənistan  





Xəbər lenti