NYT: “Rusiya qərb texnologiyalarını Honq-Konqda alır”

   NYT: “Rusiya qərb texnologiyalarını Honq-Konqda alır”
  26 İyul 2024    Oxunub:1102
Kollektiv qərbin Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyalardan yan ötən Moskva müxtəlif yollarla hətta öz opponentlərinin istehsal etdiyi texnologiyaları belə almağa müvəffəq olur.
AzVision.az xəbər verir ki, Ukraynada müharibə başlayandan indiyədək 6 mindən çox şirkət vasitəsilə Rusiya təxminən 4 milyard dollarlıq çip alıb. Honq-Konqun maliyyə rayonundakı Bonham Strand 135 ünvanında yerləşən və nəzərə çarpmayan ofisdə ən azı dörd şirkət Qərb texnologiyalarının Rusiyaya qeyri-qanuni satışını asanlaşdırmaqla məşğuldur.

“The New York Times” (NYT) qəzetinin iddiasına görə, bu ünvanda yerləşən şirkətlər əksəriyyəti ABŞ hökuməti tərəfindən sanksiyalara məruz qalan Rusiyanın hərbi-texnoloji şirkətləri üçün milyonlarla çip və sensorlar alıb.

Yeri gəlmişkən, bu şirkətlər Amerika tədqiqat laboratoriyalarını Çin fabrikləri, Rusiya silah istehsalçıları və Ukraynanın döyüş meydanları ilə birləşdirən zəncirin vacib halqasıdır. Bu isə ABŞ hökuməti və texnologiya nəhənglərinin öz texnologiya məhsullarının hara getdiyinə nəzarət edə bilmədiyindən xəbər verir.

Qərb ticarət məhdudiyyətləri vasitəsilə Moskvanın yarımkeçiricilərə çıxışını kəsməyə çalışsa da, Rusiya yaratdığı güclü parallel təchizat zənciri nəticəsində 2023-cü ilin son üç ayında təxminən 2021-ci ilin müvafiq dövründəki həcmdə çip idxal edib.

Rusiyaya texnologiyanın idxalı Amerika çip istehsalçılarının öz məhsullarını beynəlxalq distribyutorlara satması ilə başlayır. Qanuna əsasən, çip istehsalçılarının öz məhsullarının haraya ötürüldüyünü izləmək özhdəliyi yoxdur. “NYT”-nin təqdim etdiyi təhlilə görə, birnici mərhələdən sonra Rusiya sabit texnologiya təchizatını saxlamaq üçün Honq-Konq, Çin, Türkiyə, Hindistan, Serbiya və Sinqapurda yerləşən beynəlxalq distribyutorlara müraciət edir.

Vasitəçi şirkətlərin bəziləri rus iş adamlarına məxsus çoxdankı ofşor firmalar şəbəkəsinin bir hissəsidir. Bonham Strand 135 ünvanında yerləşən dörd yalançı sahibli şirkətin də əslində Rusiya hərbi-sənaye kompleksinə bağlı oliqarxlara məxsus olduğu bildirilir. Belə şirkətlərin fəaliyyətə başlama sürəti Qərbin tənzimləmə və nəzarət qurumalrını şoka salıb. Bir tədarükçü müəyyən olunan kimi onun yerində bəzən eyni sahibə məxsus yeni şirkətlər meydana çıxır.

Bu məsələdə Çin çox mühüm rol oynayır. Dünyanın aparıcı elektronika montajçısı kimi Çin nəhəng həcmdə Qərb komponentlərini idxal edir və onları istehlakçı elektronikasına çevirir. Mütəxəssislərin fikrincə, Çin şirkətləri bu təchizat zənciribi asanlıqla Rusiyaya yönəldə bilər.

Belə ki, Çin Rusiyaya mikrosxemlərin dominant tədarükçüsünə çevrilib. “Yarımkeçiricilər Sənayesi Alyansı”nın məlumatına əsasən, bütün yarımkeçiricilərin 29%-i Çindən keçir. “F.P.G.A” çipləri böyük miqdarda onları dünyada satılan məhsullara quraşdıran Çin istehsalçılarına göndərilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Qərb   texnologiya  





Xəbər lenti