BMT Günəşin yaratdığı "epidemiya" ilə bağlı həyəcan təbili çalır
"Bu görünməmiş bir isti həftə oldu", - o, son günlərin anomal havalarını şərh edərkən deyib.
Quterreş Avropa İttifaqının Copernicus İqlim Dəyişikliyi Xidmətinin ilkin olaraq 21 iyulu yayın ən isti günü elan etməsini xatırladıb. Lakin bazar ertəsi, iyulun 22-də termometrdə civə daha da yuxarı qalxıb. Bu da azmış kimi ertəsi gün, iyulun 23-ü də eyni temperatur diapazonda olub: "Bu üç gün indiyə kimi aparılmış müşahidələrlə bağlı tarixi rekordu qırıb".
BMT-nin baş katibi bildirib ki, planetimiz istilik "epidemiyası" səbəbindən həddindən artıq isti və hamı üçün daha təhlükəli olmağa başlayıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: BMT