"İranla danışıqlar mümkün deyil" - İsrail

"İranla danışıqlar mümkün deyil" -    İsrail
  26 İyul 2024    Oxunub:281
İsrailin Rusiyadakı səfiri Simon Halperin “İzvestiya” qəzetinə bildirib ki, İsraili məhv etmək niyyətində olan bir rejimlə danışıqlar aparmaq mümkün deyil və ola da bilməz.
İranla İsrail arasında gərginlik yenidən alovlanacaq - Rusiya XİN
“İran İsraili yer üzündən silmək niyyətini açıq şəkildə bəyan etməklə yanaşı, bu istiqamətdə fəal iş aparır. Bu, Həmas, Hizbullah və Husi yaraqlılarını silahlandırmaq və onlara sponsorluq etməklə baş verir", - deyə israilli diplomat bildirib.

Səfir onu da qeyd edib ki, 30 il əvvəl Buenos-Ayresdə törədilən terror aktından başlayaraq (1994-cü il iyulun 18-də Argentina Yəhudi Mədəniyyət Mərkəzinin binası yaxınlığında terrorçu-kamikadze bombanı partladıb. 85 nəfər həlak olub - red.) bu günə kimi yəhudilərə qarşı qanlı hücumlar davam edir.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   İran   İsrail   müharibə  





Xəbər lenti