Obama ailəsi seçkilərdə Harrisi dəstəklədiyini açıqlayıb - VİDEO

   Obama ailəsi seçkilərdə Harrisi dəstəklədiyini açıqlayıb -    VİDEO
  26 İyul 2024    Oxunub:337
ABŞ-nin 44-cü prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama ölkənin vitse-prezidenti Kamala Harrisi prezident seçkilərində Demokratlar Partiyasının namizədi kimi dəstəklədiklərini açıqlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə Barak Obama "X" hesabında yazıb.

Sabiq dövlət başçısının sözlərinə görə, o və həyat yoldaşı bu münasibətlə Harrisə zəng vurublar. Cütlük xanım namizədə "onunla fəxr etdiklərini, liderlik yarışında dəstəklədiklərini" bildiriblər

Kamala Harris Obama ailəsinə öz təşəkkürünü dilə gətirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   prezident   seçkilər  





Xəbər lenti