Netanyahu Trampla görüşəcək

   Netanyahu Trampla görüşəcək
  26 İyul 2024    Oxunub:376
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfəri çərçivəsində ölkənin sabiq prezidenti, yenidən prezidentliyə namizəd Donald Trampla görüşəcək.
AzVision.az xəbər verir ki, görüş Trampın Florida ştatındakı iqamətgahında baş tutacaq.

Bildirilir ki, Qəzza müharibəsi fonunda aparılası danışıqlar Netanyahu və Tramp arasında gərginliyin azaldılması məqsədini daşıyır.
"İsrail ABŞ-nin "yaşıl işığını" gözləməyəcək"

Xatırladaq ki, Netanyahu dünən ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harrislə də görüşlər keçirərək, müharibə çərçivəsində İsrailə dəstəyin artırılması zərurətini vurğulamışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   ABŞ   danışıqlar  





Xəbər lenti