Paşinyan Türkiyə ilə sərhədə baş çəkib

Paşinyan Türkiyə ilə sərhədə baş çəkib
  26 İyul 2024    Oxunub:1052
Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü Armavir vilayətinə işgüzar səfəri zamanı Türkiyə ilə sərhəddəki Marqara keçid məntəqəsinə baş çəkib.
AzVision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb .Paşinyan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın müşayiəti ilə sərhəd-keçid məntəqəsinin imkanları ilə tanış olub və əraziyə baxış keçirib.

Keçid məntəqəsi bir neçə ay əvvəl tamamilə modernləşdirilib və yenidən təchiz edilib. Ermənistan bunun üçün 2.5 milyon dollar vəsait ayırıb. Yaxında burada Türkiyə və Ermənistan rəsmilərinin görüşü və sərhədin üçüncü ölkələrə ticarət üçün açılacağı gözlənilir".

Elnur Məmmədov

AzVision.az



Teqlər:





Xəbər lenti