Energetika naziri Mingəçevirdə vətəndaşları qəbul edib

Energetika naziri Mingəçevirdə vətəndaşları qəbul edib
  26 İyul 2024    Oxunub:276
Energetika naziri Pərviz Şahbazov Mingəçevir şəhərində vətəndaşları qəbul edib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, qəbul zamanı vətəndaşların təbii qaz təchizatı, şəbəkəyə qoşulma, elektrik xətlərinin vəziyyəti, işlə təminat, elektrik avadanlıqlarının istismar vəziyyəti, həmçinin digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Mingəçevirlə yanaşı, Gəncə, Naftalan, Yevlax şəhərləri, Ağdaş, Goranboy, Göygöl və Samux rayonlarından olan 17 vətəndaş iştirak edib.



AzVision.az



Teqlər:





Xəbər lenti