Meşədə çətənə kolları yetişdirən şəxs saxlanılıb

Meşədə çətənə kolları yetişdirən şəxs saxlanılıb
  27 İyul 2024    Oxunub:430
Ucarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Qarabörk kənd sakini Mürvət Qarayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, onun yaşadığı kəndin ərazisində yerləşən meşəlik əraziyə keçirilən baxış zamanı aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 43 ədəd çətənə kolu, evindən isə marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
AzVision.az



Teqlər:





Xəbər lenti