Türkiyəli idmançıdan tarixi nəticə

Türkiyəli idmançıdan tarixi nəticə
  27 İyul 2024    Oxunub:222
Türkiyəli güllə atıcısı Şevval İlayda Tarhan “Paris-2024” Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb.
Qadın idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada 577 xal toplayaraq 7-ci yeri tutub. Bununla da o, Olimpiada tarixində bu növdə finala yüksələn ilk türkiyəli atıcı olub.

Qeyd edək ki, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov da pnevmatik tapança ilə 10 metr məsafəyə atəş açıb. 571 xal toplayan idmançı 33 iştirakçı arasında 24-cü yeri tutub. O, bu nəticə ilə final mərhələsinə vəsiqə qazana bilməyib.

R. Lunyov iyulun 28-də 25 metr məsafədən atəşaçmada da qüvvəsini sınayacaq.


AzVision.az


Teqlər:





Xəbər lenti