Paris-2024-ün açılış mərasiminin videosu silindi

   Paris-2024-ün açılış mərasiminin videosu silindi
  28 İyul 2024    Oxunub:359
Paris-2024 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasiminin videosu oyunların rəsmi saytından və yutub kanalından silinib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin kommunikasiyalar üzrə direktoru Enn Deskam açıqlama verib.

Onun sözlərinə görə, bu, geo bloklama ilə bağlıdır.

Məlumata görə, geo bloklama və ya coğrafi bloklama termini ən çox internetdə filmlər və televiziya şouları kimi premium multimedia məzmununa girişi məhdudlaşdırmaq üçün, ilk növbədə müəllif hüquqları və lisenziyalaşdırma səbəbləri ilə əlaqələndirilir.

Qeyd edək ki, Olimpiadanın açılış mərasimi ciddi tənqid olunub. Xüsusən də mərasimin təşkilatçıları Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” tablosunun parodiyasına görə dindarlara hörmətsizlikdə ittiham olunublar.

Xatırladaq ki, Olimpiya Oyunları iyulun 26-da başlayıb, yarışlar avqustun 11-dək davam edəcək. Tədbir tarixdə ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutub.

AzVision.az


Teqlər:





Xəbər lenti