Rusiyanın itkiləri 576 minə çatdı

Rusiyanın itkiləri  576  minə çatdı
  29 İyul 2024    Oxunub:552
"Ukrayna ordusu son 24 saat ərzində 1310 rus hərbçisini məhv edib".
AzVision.az xəbər verir ki, bu barədə bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, tammiqyaslı işğalın başlandığı tarixdən bu günə qədər Rusiya ordusunun şəxsi heyəti arasında verdiyi ümumi döyüş itkiləri təxminən 576 min nəfərə çatıb.

Məlumata görə, rusların xeyli sayda texnikası da vurulub.
İtkilərlə bağlı yeni statistika aşağıdakı kimidir:
Tank - 8 min 356 (son sutka ərzində+12), zirehli döyüş maşınları - 16 min 103 (+8), artilleriya sistemləri - 16 min 10 (+74), MLRS - 1 min 129 (+2), hava hücumundan müdafiə sistemləri - 906 (+0), təyyarə - 363 (+0), helikopterlər - 326 (+0) ədəd, əməliyyat-taktiki səviyyəli PUA-lar - 12 min 805 (+39), qanadlı raketlər - 2 min 406 (+1), gəmilər/qayıqlar - 28 (+0), sualtı qayıqlar - 1 (+0) ədəd, avtomobil avadanlığı və sisternlər - 21634 (+62), xüsusi avadanlıq - 2 min 690 (+19) ədəd.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti