Tramp Zelenski ilə bütün sualları müzakirə etməyə hazırdır

   Tramp Zelenski ilə bütün sualları müzakirə etməyə hazırdır
  29 İyul 2024    Oxunub:434
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin keçmiş prezidenti və hazırda Ağ Evin rəhbəri vəzifəsinə namizəd Donald Trampı Kiyevə səfərə dəvət edib.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Yaponiyanın “NHK” telekanalına müsahibəsində belə deyib. Volodimir Zelenskinin sözlərinə görə, Donald Trmapla telefon danışığı zamanı onu Ukraynaya səfərə dəvət edib.

“Əgər cənab Tramp Ukrayna haqqında nə isə bilmək istəsə, gəlib özü görə və ya məndən soruşa bilər. Onun komandası ilə danışdıq. Cənab Tramp mənə dedi ki, o, istənilən sual üçün hazırdır və məndə onun telefon nömrəsi var”, - Ukrayna prezidenti vurğulayıb.

Macarıstanlı tədqiqatçı-jurnalist Saboliç Panyinin sosial şəbəkələrdə yazdığına görə, Kiyevin xahişinə əsasən Zelenskinin Trampla telefon danışığı Macarıstanın baş naziri Viktor Orbanın köməyi sayəsində baş tututb.

- Zelenski iyulun 2-də Kiyevdə keçirilən görüşdə Viktor Orbandan Donald Trampla iyulun 19-da baş tutan zəngi təşkil etməkdə yardımçı olmağı xahiş edib. Lakin kimin vasitəçiliyinin daha vacib olduğu bəlli deyil”, - macar jurnalist bildirib.

Saboliç Panyi qeyd edib ki, Zelenskinin bu xahişi barədə Ukrayna-Macarıstan münasibətlərilə bağlı yaxşı əlaqələri olan bir jurnalsit məlumat verib. Orban iyulun 11-də Trampla görüşdükdən sonra iyulun 19-da Zelenskinin respublikaçıların ABŞ prezidentliyinə namizədi ilə telefon danışığı baş tutub.

Amma jurnalistin iddiasına görə, Trampla əlaqələr qurmağa Kiyevə təkcə Macarıstanda kömək etmirlər. Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson və Polşanın prezidenti Anjey Duda da bununla məşğul olurlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Zelenski  





Xəbər lenti