Le Parisien: "Fransanın hər yerində telekommunikasiya kabelləri kəsilib"

   Le Parisien:    "Fransanın hər yerində telekommunikasiya kabelləri kəsilib"
  29 İyul 2024    Oxunub:406
Fransada ölkə boyu kütləvi təxribatlar törədilib.
AzVision.az xəbər verir ki, bu abrədə “Le Parisien” qəzeti məlumat yayıb. Qeyd edilir ki, cinayətkarlar Fransanın bir sıra departamentlərində "Bouygues" və "SFR" telekommunikasiya operatorlarının kabellərini kəsiblər. Təxribatlar Herault, Byuş-du-Ron, Uaza, Myoz, Drome və Audedə olub.
İndiyədək 28 insident qeydə alınıb. Hələlik heç bir qrup təxribata görə məsuliyyəti üzərinə götürməyib.

Həmçinin nəşr iddia edir ki, bir müddət öncə kimsə Tuluza yaxınlığındakı telefon xətləri ilə bağlı antenaları yandırıb və əraziyə “Olimpiya Oyunlarına yox!” yazıb. Yerli media yazıb ki, təxribatlar Olimpiya Oyunlarının ifrat solçu fəallar arasından olan əleyhdarları tərəfindən həyata keçirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Fransa  





Xəbər lenti