Aİ diplomatlarına xəbərdarlıq: “kəmərlərinizi bərkidin”

   Aİ diplomatlarına xəbərdarlıq:    “kəmərlərinizi  bərkidin”
  29 İyul 2024    Oxunub:1311
Aİ diplomatlarına xərcləri azaltmaq üçün səfərləri, əyləncə məclislərini ləğv etmək və iqamətgahlarının təmiri planlarını təxirə salmaq tapşırığı verilib.
Beş mənbəyə istinad edən “Financial Times” qəzetinin yazdığına görə, Avropa Xarici Əlaqələr xidməti (ECBC - blokun Xarici İşlər nazirliyi funksiyasını terinə yetirir) xərcləri 43,6 milyon avro azaltmalıdır ki, bu da ilkin planlaşdırılan məbləğin təxminən 5%-nə bərabərdir.

2021-2027-ci illər üçün qəbul olunmuş yeddiillik büdcə planına əsasən, Aİ departamentlərinin maaşdankənar xərclərinin illik artımı 2%-dən çox olmamalıdır. “Financial Tiçes” nəşrinin həmsöhbətləri bildiriblər ki, ECBC-nin builki xərcləri aşılması ən böyük rəqəm olduğuna görə diplomatlara belə bir əmr verilib.

“Qlobal əhatəmizə mənfi təsir göstərməsinə baxmayaraq bacardığımız hər bir xərcləri azaltmalı və xaricdəki missiyalar (cəmi 145 nümayəndəlik) üçün maliyyəni azaltmaq lazım gəldi”, - ECBC-nin təmsilçisi bildirib.

ECBC-nin büdcəsinə Aİ diplomatiyasının rəhbəri Josep Borrellin Birliyə üzv ölkələrin Xarici İşlər nazirlərinin qeyri-rəsmi görüşünü Budapeştdə deyil, Brüsseldə keçirmək qərarı da mənfi təsir göstərəcək. Bu addım Macarıstanın baş naziri Viktor Orbanın 70 min avroya başa gələn “sülh missiyasına” etiraz olaraq atılıb.

Qəzetin həmsöhbətlərinin fikrincə, maliyyə çətinlikləri gələn il daha da pisləşəcək və bu, ECBC-nin Afrika və Latın Amerikasının bir sıra ölkələrində diplomatik mövcudluğunu saxlamasını çətinləşdirəcək.

Qeyd edək ki, Aİ-nin 2024-cü il üçün büdcəsi 189,3 milyard avro həcmində razılaşdırılıb. Avropa Komissiyasının təklifinə əsasən, gələn il ümumi xərclər 199,7 milyard avro təşkil edəcək.

Sahil İagəndərov
AzVision.az


Teqlər:   diplomatlar   qənaət  





Xəbər lenti