Ruslar Su-57-ni PUA ilə silahlandırırlar

Ruslar Su-57-ni PUA ilə silahlandırırlar
  29 İyul 2024    Oxunub:1208
Rusiyalı mütəxəssislər yeni Su-57 qırıcısının silahlanmasına pilotsuz uçuş aparatlarının daxil edilməsi üzərində işləyirlər.
AzVision.az xəbər verir ki, bu barədə TASS-a "Rosex" dövlət korporasiyasının rəhbəri Sergey Çemezov məlumat verib.

Rusların səma hökmranlığına 6 pilotla son qoyula bilməz - "The Telegraph"
"Beşinci nəsil qırıcı Su-57-nin proqramı inkişaf etdirilir, silahların çeşidi genişləndirilir. Buraya pilotsuz uçuş aparatları da daxil edilib", - "Rostex" rəhbəri qeyd edib.

Həmçinin o da qeyd edilib ki, Su-57-lərin funksionallığı Rusiya-Ukrayna müharibəsindəki əməliyyatlara uyğun şəkildə genişləndiriləcək.

Məlumata görə, bu qırıcılar hava hücumundan müdafiə sistemlərinin sıx olduğu məkanlarda gizli uçuşlar həyata keçirərək salamat şəkildə geri qayıda bilər. Su-57-dən döyüş əməliyyatlarında Su-34 bombardmançı və Su-35 qırıcısı ilə bərabər şəkildə istifadə olunur.

“Məhz bu üç növ təyyarənin birgə istifadəsi yaranan təhlükələrə hərtərəfli cavab verməyə imkan verir”, - məlumatda qeyd edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Təyyarə   PUA   Rusiya  





Xəbər lenti