“Rusiyaya sığınsaq, Qarabağ ermənilərinin taleyini yaşayacayıq" - Sarkisyan

“Rusiyaya sığınsaq, Qarabağ ermənilərinin taleyini yaşayacayıq"    - Sarkisyan
  29 İyul 2024    Oxunub:364
Ermənistan Respublika Partiyasının sədri Aram Sarkisyan diqqət çəkən açıqlamalar verib. O, “Azatutyun” radiosuna müsahibəsində deyib ki, Ermənistan xarici siyasət məsələsində ehtiyatlı davranmalıdır.
"Biz xüsusən Ermənistan-Rusiya, Ermənistan Avropa- İttifaqı münasibətlərində diqqətli olmalıyıq. Rusiyanın qanadları altına sığınmaq Dağlıq Qarabağ ermənilərinin taleyini yaşamaq deməkdir. Dağlıq Qarabağ Rusiya sülhməramlılarının nəzarətində olarkən ermənilər "vətəndaşlıq"dan məhrum edildilər. Yerli ermənilər Rusiya amili nəticəsində Qarabağdan tam şəkildə çıxdılar. Əgər biz Rusiya xəttində dayansaq, 5-10 ildən sonra Ermənistanda erməni qalmayacaq. Qarabağda nələr baş verdisə, eyni şeylər ölkəmizdə də olacaq. Biz bu ərazini də tərk edəcəyik”.

Sarkisyanın sözlərinə görə, Erməsnistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxdığını, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatndan imtina etdiyini və özünü Avropa İttifaqında gördüyünü bəyan etməlidir.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti