Rusiyada qatar relsdən çıxıb - 140 insan xəsarət alıb

Rusiyada qatar relsdən çıxıb -    140 insan xəsarət alıb
  29 İyul 2024    Oxunub:436
Rusiyanın Volqoqrad vilayətində sərnişin qatarının relsdən çıxması nəticəsində 100-dən çox insan xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisəyə səbəb qatarın “KamAZ”la toqquşması göstərilib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, doqquz vaqon relsdən çıxıb, onlardan yeddisi aşıb. Qəza yerində xilasetmə işləri davam edir. 15 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü uşaqdır.

Həmidə İbrahimova
AzVision.az



Teqlər: Rusiya   qatar   qəza  





Xəbər lenti