Polşa Ukraynaya sursat almaq üçün 50 milyon avro ayırıb

Polşa Ukraynaya sursat almaq üçün 50 milyon avro ayırıb
  29 İyul 2024    Oxunub:360
Polşa Çexiyanın Ukrayna üçün artilleriya sursatlarının alınması təşəbbüsünə töhfə olaraq 50 milyon avro ayırıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu yerli “Visegrad Insight” jurnalına müsahibəsində respublikanın xarici işlər naziri Radoslav Sikorski deyib.

"Biz 50 milyon avro ayırdığımız Çexiyanın silah-sursat təşəbbüsünü yüksək qiymətləndiririk" - deyə Polşa diplomatiyasının rəhbəri qeyd edib.

O, nəşrin jurnalistinin Varşavanın vəd etdiyi vəsaiti Praqanın nə vaxt alacağı sualına cavab verməyib.

Çexiya prezidenti Petr Pavel fevralın 17-də Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, vəsait mövcud olduğu təqdirdə respublika üçüncü ölkələrdə Ukrayna Silahlı Qüvvələri üçün yüz minlərlə artilleriya mərmisi almaq imkanı əldə edib.

Elnur Məmmədov

AzVision.az




Teqlər: Müharibə   Polşa   Rusiya   Ukrayna  





Xəbər lenti