Ölkə ərazisində küləkli hava ilə bağlı sarı xəbərdarlıq edildi

Ölkə ərazisində küləkli hava ilə bağlı sarı xəbərdarlıq edildi
  29 İyul 2024    Oxunub:342
Azərbaycanın bəzi bölgələrində iyulun 30-31-də, avqustun 1-də qısa müddətə küləkli hava şəraiti gözlənilir.
AzVision.az Trend-ə istinadən xəbər verir ki,bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirililib ki, bununla bağlı Xidmət tərəfindən sarı xəbərdarlıq verilib.

"Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan MR, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Altıağac, Qobustan, Gəncə, Goranboy, Samuxda şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək", - deyə məlumatda qeyd edilib.

AzVision.az



Teqlər: Hava   Xəbərdarlıq   Külək  





Xəbər lenti