"Qurbanlarla danışmaq cinayətlərin təhqiqatında standart prosedurdur. Onun (Trampın - red.) nələr gördüyünü öyrənmək istəyirik", - agent söyləyib.
Tramp özü isə dünən "Fox News" kanalında efirə gedən "The Ingraham Angle" verilişində "müsahibənin cümə axşamı baş tutacağını" diqqətə çatdırıb.
|
| Trampa qarşı sui-qəsd törədilib |
Xatırladaq ki, Donald Tramp iyulun 13-də Pensilvaniya ştatında seçki kampaniyası zamanı sui-qəsdə uğrayıb. Açılan atəş nəticəsində güllə onun qulağına dəyib. Hadisə zamanı dinləyicilər arasında qızını qorumağa çalışan mühəndis və yanğınsöndürən Kori Komperator gülləyə tuş gələrək həyatını itirib.
Sui-qəsdi törədən cinayətkar, 20 yaşlı Tomas Metyu Kruks yerindəcə zərərsizləşdirilib. FTB bildirir ki, onun hadisəni həyata keçirməkdə məqsədi hələlik məlum deyil, lakin bu cəhd geniş planlaşdırmanın nəticəsidir.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


