İsraildə etirazçılar hərbi bazalara soxulublar

İsraildə etirazçılar hərbi bazalara soxulublar
  30 İyul 2024    Oxunub:1063
İsraildə vəziyyət gərginləşib etiraz aksiyası keçirilib. Etirazçılar fələstinli məhbusla pis rəftar etdiyi üçün həbs edilən əsgərlərə dəstək məqsədilə Sde Teyman və Beyt Lid hərbi bazalarına basqın ediblər.
AzVision.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Qeyd olunur ki, Likud partiyasından olan bəzi Knesset üzvləri belə etirazçılarla birlikdə hərbi bazalara daxil olublar.

Baş nazir Netanyahu, həmçinin İsrail Silahlı Qüvvələrinin(SAXAL) komandanı Herzi Halevi, müdafiə naziri Yoav Gallant və prezident İtzak Herzoq iğtişaşları tənqid edərək, onu qanunsuz və anarxiya adlandırıblar. Onlar israilliləri sabitliyin qorunmasına çağırıblar: "Halevi Beyt Lid bazasına gəlib və vəziyyəti hadisə yerində qiymətləndirib".
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti