Tanınmış aktyor dünyasını dəyişdi - Foto

Tanınmış aktyor dünyasını dəyişdi - Foto
  10 İyul 2014    Oxunub:1132
Azərbaycanın tanınmış səhnə ustası, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru Eynəli Bilal oğlu Nurullayev qısa müddətli xəstəlikdən sonra iyulun 9-da günorta saatlarında Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasıya şöbəsində 67 yaşında vəfat edib.
Aktyor bu gün doğulduğu Darquba kəndində dəfn olunub.

E.Nurullayev 1969-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1969-73-cü illərdə Hüseyn Ərəblinski adına Lənkəran rayon xalq teatrının rejissoru vəzifəsində işləyib. 1973-cü ildən ömrünün sonuna kimi N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışıb. 100-dən çox obraza səhnə həyatı bəxş edən və rejissor kimi 10-a yaxın əsərə quruluş verən E.Nurullayev ictimai və yaradıcılıq fəaliyyətinə görə 1979-ci ildə Respublika Ali Sovetinin Fəxri Fərmanı, 2013-cü ildə isə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub, bir sıra nüfuzlu sənət festivallarında diplomlara layiq görülüb.(apa)

Allah rəhmət eləsin!


Teqlər:





Xəbər lenti