Hindistanda torpaq sürüşməsi nəticəsində 40-dan çox adam ölüb

Hindistanda torpaq sürüşməsi nəticəsində 40-dan çox adam ölüb
  30 İyul 2024    Oxunub:700
Hindistanın Kerala əyalətinin dağlıq ərazilərində torpaq sürüşməsi baş verib, 41 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə "Asianet" informasiya portalı məlumat yayıb.

Qeyd olunub ki, ölən 41 nəfər arasında üç uşaq da var. Sürüşmə nəticəsində 400-ə yaxın ailə evlərində köməksiz qalıb. Leysan yağışları xilasetmə əməliyyatına mane olub.

Hindistanın baş naziri Narendra Modi X sosial şəbəkəsindəki səhifəsində baş verən hadisədən kədərləndiyini bildirib, yaxınlarını itirənlərə başsağlığı verib.

Həmidə İbrahimova

AzVision.az



Teqlər: Hindistan   təbiifəlakət   sürüşmə  





Xəbər lenti