Kaliforniyada dəhşətli yanğınlar davam edir

Kaliforniyada dəhşətli yanğınlar davam edir
  30 İyul 2024    Oxunub:718
ABŞ-nin Kaliforniya ştatında baş verən meşə yanğınlarında 370 min hektardan çox ərazi yanaraq külə dönüb.
AzVision.az xəbər verir ki, bu barədə “HaberTürk” məlumat yayıb. Qeyd edilir ki, minlərlə insan bölgədən təxliyə edilib. Bu, Kaliforniya ştatında 6-cı ən böyük yanğın sayılır.

Qeyd edək ki, iyulun 24-də Kaliforniyanın şimalındakı Çiko şəhəri yaxınlığında baş verən yanğın xeyli sayda tikilini məhv edib. Rəsmilər yanğınların yalnız 12 faizinin nəzarət altında olduğunu bəyan ediblər. İddia edilir ki, yanğın Ronni Ded Stout adlı şəxs tərəfindən qəsdən törədilib. Stout ilkin dindirmələr zamanı itihamları rədd edib. Təqsırləndirilən şəxsin iki dəfə məhbəs həyatı yaşadığı bildirilib.

Süsən Kərimzadə
AzVision.az



Teqlər:





Xəbər lenti