ABŞ müharibəyə hazır deyil

   ABŞ müharibəyə hazır deyil
  30 İyul 2024    Oxunub:928
ABŞ Konqresinin komissiyası ölkənin Silahlı Qüvvələrinin genişmiqyaslı müharibə aparmaq iqtidarında olmadığını elan edib.
AzVision.az xəbər verir ki, ABŞ Konqresinin müvafiq komissiyasının Senatın Silahlı Qüvvələr Komitəsinə təqdim etdiyi hesabatda belə deyilir.

“Sonuncu dəfə ölkə 35 il əvvəl başa çatan soyuq müharibə dövründə belə bir münaqişəyə hazır idi. Bu gün isə ona hazır deyil. ABŞ ordusunun döyüşdə əks ərəfin qarşısını qarşısını almaq və üstünlüyünü təmin edə biləcəyinə əminlik üçün həm lazım imkanlar, həm də potensial yoxdur”, - sənəddə vurğulanır.

Komissiyanın qənaətinə görə, Rusiya, Çin və digər dövlətlər arasında əməkdaşlıq bir neçə cəbhədə münaqişə ehtimalını artırır və ABŞ-nin belə bir müharibəyə qarşı dayanması çətin olacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   müharibə  





Xəbər lenti