Rusiyadan 40 minə yaxın miqrant qovulub

  Rusiyadan 40 minə yaxın miqrant qovulub
  30 İyul 2024    Oxunub:754
2024-cü ilin birinci yarısında 40 minə yaxın miqrant qanun pozuntusuna görə Rusiyadan qovulub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) məlumat verib.

Bundan əvvəl miqrantların hücumundan sağ çıxan Dövlət Dumasının deputatı Mixail Matveev Rusiyada miqrasiya siyasətinin yaxşılaşdırılması üçün ciddi tədbirlər gördüyünü açıqlayıb. Onun sözlərinə görə, parlamentarilərin yeni təşəbbüsləri əsasən miqrant cinayətlərinə qarşı olacaq, lakin yeni qanunların qəbulu vaxt aparacaq.

Həmidə İbrahimova
AzVision.az




Teqlər: Rusiya   miqrant  





Xəbər lenti