Priqojinin oğlu Belarusun "Concord" şirkətinə rəhbərlik edir

Priqojinin oğlu Belarusun "Concord" şirkətinə rəhbərlik edir
  31 İyul 2024    Oxunub:801
"Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) keçmiş rəhbəri Yevgeni Priqojinlə bağlı yeni maraqlı məlumat yayılıb.
Rusiya mediasının yaydığı məlumata görə, o, 2023-cü il məşhur təyyarə qəzasından bir ay əvvəl şirkət yaradıbmış. Şirkət iyulun 19-da qeydə alınıb.

Qeyd edilir ki, söhbət "Concord Management and Consulting" Məhdud Məsuliyyətli Cəmiyyətindən gedir. Onun qeydiyyat ünvanı Moskvaya yürüşdən sonra Belarusa köçürülmüş vaqnerçilərin səhra düşərgəsinin məkanı ilə üst-üstə düşüb.

Yevgeni Priqojinin oğlu Pavel Priqojin ötən ilin dekabrından "Concord"a rəhbərlik edir.
Şirkət Rusiyanın eyni adlı kampaniyasının törəməsi sayılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti