Nasistlərin "zəhər müharibəsi" - Ruslar yeni arxiv sənədləri yaydılar

      Nasistlərin "zəhər müharibəsi"    - Ruslar yeni arxiv sənədləri yaydılar
  31 İyul 2024    Oxunub:959
Rusiyanın Prezident Kitabxanasının İkinci Dünya Müharibəsi arxiv sənədləri kolleksiyasına daha bir məxfilikdən çıxarılan sənəd daxil edilib. Rusiyanın "Rodinahistory" nəşrinin yaydığı məlumata görə, bu, alman komandanlığının ani şəkildə təsir edən zəhərdən istifadə ilə təxribat törətmək planlarına aid yeni faktlardır.
Artıq Dövlət Təhlükəsizliyi Xalq Komissarlığı (NKQB) zəhərlənmə yolu ilə terror aktlarının törədilməsinə qarşı tapşırıqlarını əks etdirən sənədlər hamı üçün əlçatandır. Qeyd edilir ki, sənədlərdə keçmiş SSRİ ərazisinə gizli şəkildə keçirilmiş alman agentlərinə qarşı mübarizənin gücləndirilməsi haqqında göstərişlər də yer alıb. Sənəd 2 fevral 1944-cü il tarixində dərc olunub. Onun orijinalı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Arxivində saxlanılır.

Babamızın savaşı. II yazı: Qafqazdan Berlinədək tökülən azərbaycanlı qanı – TARİXİ ARAŞDIRMA
Direktiv ittifaq və muxtar respublikaların NKQB şöbələrinə, ərazi və vilayət rəislərinə, nəqliyyat, su idarələrinin rəhbərlərinə ünvanlanıb. Direktivdən belə nəticə çıxır ki, həmin aylarda alman kəşfiyyatının öz agentlərini işğal olunmuş ərazilərdə fəaliyyət göstərən partizan dəstələrinə və NKQB-nin əməliyyat qruplarına göndərməsi ilə bağlı bir neçə hal aşkar edilib. Bundan əlavə, təxribatçılar sovet qoşunlarının yerləşdiyi ərazilərin arxasına atılırmış ki, onlar burada terror aktları planlaşdırsınlar, kütləvi qida zəhərlənmələri həyata keçirsinlər. Almanlar bu agentləri güclü təsirə malik olan zəhərlərlə də təmin ediblər.

Buna misal olaraq Minsk vilayətində baş vermiş bir hadisə qeyd edilib. Bu ərazidə Aleksandr Qut adlı alman kəşfiyyatçısı ələ keçib. Əməliyyatçılar onu məhz cinayət başında tutublar. Təxribatçı NKQB-nin işçi qrupu üçün hazırlanmış nahar yeməyinə insanı bir anda öldürə bilən zəhər atıb.

"Qut verdiyi ifadəsində Gestaponun göstərişi ilə hərək etdiyini etiraf edib. Diversanta əməliyyat qrupunu zəhərləyəcəyi təqdirdə 50 min marka mükafat vəd edilibmiş", - direktivdə yazılıb.

Vileyskidə də diversant yaxalanıb. Tutulan şəxs alman kəşfiyyatının agenti olan Yadviqa Stabrovskaya adlı şəxs olub. O da əməliyyat qrupu və partizan briqadasının komandirləri üçün nəzərdə tutulmuş yeməkləri zəhərləməyə cəhd edib.
Arxiv sənədində yazılıb ki, "Düşmən mövqelərinin arxasında fəaliyyət göstərən partizan briqadalarından birində oxşar tapşırığı yerinə yetirmək üçün 10 nəfərlik qrup, yarım litr HCN- hidrogen sianid və Arsen (mışyak) aşkar edilib".
Direktivdə bu məlumatların partizan dəstələrinin və briqadalarının komandirlərinə, habelə NKQB-nin əməliyyat qruplarına çatdırılması əmr edilir. Bildirilir ki, onlar nəinki ayıq-sayıq olmalı, həm də düşmənin terrorçu agentura şəbəkəsinin vaxtında ifşa edilməsi üçün lazımi tədbirlər görməlidirlərsinlər.

Bundan başqa, səlahiyyətlilərə kütləvi zəhərlənmə hallarının qarşısının alınması məqsədilə ictimai mətbəxlərə və yeməkxanalara çıxışı olan xidmətçilərin, işçilərinin və digər şəxslərin yoxlanılması, onlara gizli nəzarətin təmin edilməsi də tapşırılıb. Xüsusən də ölkənin iri sənaye mərkəzlərində və Qırmızı Ordunun hərbi hissələrinin olduğu məkanlarda rəhbər şəxslərə "xüsusi sayıqlıq əmri" verilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Alman   Agent   Sovet   Zəhər  





Xəbər lenti