Pezeşkiyan: "İran öz ərazi bütövlüyünü qoruyacaq"

      Pezeşkiyan:    "İran öz ərazi bütövlüyünü qoruyacaq"
  31 İyul 2024    Oxunub:950
İran Prezidenti Məsud Pezeşkiyan Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin sui-qəsdlə öldürülməsi barədə bəyanat yayıb.
AzVision.az xəbər verir ki, bəyanatda "İran xalqının bu hadisədən kədərləndiyini" bildirilib.

"İran və Fələstin xalqı arasındakı bağ indi daha da gücləndi. İran İslam Respublikası öz ərazi bütövlüyünü və ləyaqətini qoruyacaq, terrorçuların bu qorxaq əməlinə cavab verəcək", - Pezeşkiyan vurğulayıb.

Xatırladaq ki, bu gecə Fələstinin HƏMAS təşkilatının da siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda iqamətgahına aviazərbə nəticəsində ölüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   HƏMAS   münasibət  





Xəbər lenti