İsrail mediası: "Fələstin İslam Cihadının lideri də həmin binada idi"

      İsrail mediası:    "Fələstin İslam Cihadının lideri də həmin binada idi"
  31 İyul 2024    Oxunub:762
"Fələstin İslami Cihadı" terror təşkilatının lideri Ziyad Əl-Nəxalə də HƏMAS rəhbəri İsmayıl Haniyə ilə Tehranda eyni binada, lakin başqa mərtəbədə idi".
AzVision.az xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" telekanalı məlumat yayıb.

"Əl-Nəxalə hücumun hədəfi deyildi və o, sağ qurtulub", - kanal vurğulayır.

Eyni zamanda, bildirilir ki, "Tehranın iddiasının əksinə olaraq, raket həmin binaya "üçüncü ölkə"dən yox, məhz İranın daxilindən atılıb".

Xatırladaq ki, HƏMAS-ın rəhbərlərindən biri İsmayıl Haniyə İranın paytaxtı Tehranda iqamətgahına hücum zamanı öldürülüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   İran   sui-qəsd  





Xəbər lenti