Paris Olimpiadasının rüsvayçılığı davam edir

   Paris Olimpiadasının    rüsvayçılığı    davam edir
  31 İyul 2024    Oxunub:1649
Olimpiya-2024 oyunlarında iştirak edən milli komandalar qaldıqları otaqlarda öz hesablarına kondisionerlər qurarşdırırlar.
“Euronews” agentliyi yazır ki, Fransanın Meteorologiya idarəsi Parisdə anomal istilərin olacağı hava şəraiti ilə bağlı xəbərdarlıq edib. İnsanlara idman və ya açıq havada məşq edərkən diqqətli olmaq məsləhət görülür. Oyunların əksəriyyəti şəhərdə və ya onun ətrafında keçirildiyindən, yüksək temperatur bu həftə açıq havada yarışan idmançıları ciddi sınağa çəkəcək.

Bu baxımdan Olimpiya-2024 oyunlarının 2021-ci ildə (COVİD-19 pandemiyasına görə, həmin oyunlar 2020-ci ildə baş tutmadı) Tokioda keçirilən Olimpiadanın təkrarı ola biləcəyi təhlükəsi yaranıb. Həmin Olimpiya oyunlarında bir çox iştirakçı isti hava və yüksək rütubətdən əziyyət çəkdi. Marafonçuların finiş xəttini keçdikdən sonra qusduğu və huşunu itirdiyi hallar qeydə alındı.

Olimpiya “həbsxanası”: İdmançılar Parisdəki şəraitdən narazıdırlar | VIDEOLAR
Parisdə keçirilən Olimpiada-2024 oyunlarında idmançıların yaşadıqları otaqlarda kondisionerlərin və ümumiyyətlə yaradılan şəraitin qənaətbəxş olmadığı aşkarlandıqdan sonra komandalar Olimpiya Kəndinin vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Bu reaksiyadan sonra təşkilatçılar komandaların otaqlarında portativ soyuducu qurğular quraşdıra biləcəklərini açıqlayıblar. Ancaq hələlik bununla bağlı ətraflı məlumat yoxdur.

Təşkilatçıların vədinə güvənməyən bir sıra ölkələr isə onları təmsil edən idmançıalrın otaqlarında öz hesablarına kondisionerlər quraşdırılar. Onların sırasına Yaponiya (idmançılarının otaqlarında qabaqcıl soyutma, rütubətə nəzarət və təmizləmə sistemləri quraşdırıb), ABŞ, Böyük Britaniya, Avstraliya, Danimarka, Kanada, Yunanıstan və İtaliya daxildir.

Maraqlıdır ki, Ermənistanı silahlandırmaq və maliyyələşdirmək üçün istənilən qədər vəsait tapmağa və xərcləməyə hazır olan Fransa hökuməti Olimpiya oyunlarına qatılam idmançıların elementar yaşayış səviyyəsini təminatına gəldikdə simiclik nümayiş etdirib.

Müdriklər belə yerdə deyiblər: “özünə umac ova bilmir, özgəsinə əriştə kəsir”.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Olimpiada   rüsvayçılıq  





Xəbər lenti