Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib: 55 nəfər saxlanılıb

Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib:  55 nəfər saxlanılıb
  01 Avqust 2024    Oxunub:538
Türkiyənin 21 vilayətində FETÖ-yə qarşı son 4 gündür davam edən “Kıskaç-24” əməliyyatlarında 55 şübhəli tutulub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

Türkiyədə FETÖ-ya qarşı əməliyyat: 108 nəfər saxlanıldı
Saxlanılan şübhəlilərin FETÖ-nün məsul şəxsləri ilə əlaqədə olduqları müəyyənləşib.

"FETÖ-çülərə göz açdırmayacağıq. Terror təşkilatları və onların işbirlikçilərinə qarşı əməliyyatlarımız qətiyyətlə davam edəcək. Əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm. Millətimizin duaları sizinlədir", - deyə Yerlikaya bildirib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Türkiyə   FETÖ   əməliyyat  





Xəbər lenti