Ankara Ermənistanla sərhədin açılmasının şərtini elan edib

   Ankara Ermənistanla sərhədin açılmasının    şərtini    elan edib
  01 Avqust 2024    Oxunub:592
Türkiyə Respublikası qonşu Ermənistanla sərhədi bu ölkə ilə Azərbaycan arasında münasibətlər normallaşdıqdan sonra aça bilər.
AzVision.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Fidan Hakan bu məsələ ilə bağlı Ankaranın mövqeyini İrəvanın diqqətinə çatdırıb.

“Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi davam edir. Müsbət nəticə olacağı təqdirdə ssenarimizi hazırlamalıyıq və bu istiqamətdə iş gedir. Normallaşma prosesi başa çatsa, müsbət ssenarini aktivləşdirəcəyik, yəni sərhəddə qapılarımızı aça bilərik”, - Hakan Gidan “Sabah” qəzetinə müsahibəsində deyib.

Qeyd edək ki, iyulun 30-da sərhəddə görüş keçirən Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan ikitərəfli münasibətlərin normallaşması prosesini ilkin şərt olmadan davam etdirmək niyyətlərini təsdiqləyiblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   Ermənistan   sərhəd  





Xəbər lenti