Ölkədə pis oxuyan şagirdlər Neftçaladadır

Ölkədə pis oxuyan şagirdlər Neftçaladadır
  01 Avqust 2024    Oxunub:1897
Oxu nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatın nəticələri (PİRLS 2021) açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Təhsil İnsitutu məlumat yayıb. Belə ki, Azərbaycanın PIRLS 2021 nəticələrinə əsasən bölgələr üzrə iştirak etmiş məktəblərin nəticələrinə əsasən ən yaxşı nəticə Sumqayıtda (495 bal) olub. Ən zəif nəticə isə Neftçalada (328 bal) qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanın 2011-ci ildən iştirak etdiyi PIRLS – Oxu Bacarığının İnkişafı üzrə Beynəlxalq Tədqiqat (Progress in International Reading Literacy Study) dördüncü sinif şagirdləri arasında keçirilir, onların məlumatlarını əldə edib, istifadə etmək bacarığını ölçür.

AzVision.az


Teqlər:





Xəbər lenti