Sloveniya vətəndaşlarını Livanı tərk etməyə çağırır

Sloveniya vətəndaşlarını Livanı tərk etməyə çağırır
  01 Avqust 2024    Oxunub:1049
Sloveniya Xarici İşlər Nazirliyi Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar ölkə vətəndaşlarını Livanı tərk etməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Sloveniya Xarici İşlər Nazirliyi sosial şəbəkə hesablarında paylaşıb.

Nazirlik həmçinin vətəndaşlara son hadisələr və qəfil gərginlik təhlükəsi səbəbindən İrana bütün səfərlərini təxirə salmağı tövsiyə edib. Həmçinin təhlükəsizlik baxımından İsrailə səfər etməməyə çağırıb.

Qeyd edək ki, iyulun 30-da İsrail ordusu Livanın paytaxtı Beyruta hücum elan edib. Rəsmi Tel-Əviv “Hizbullah” lideri Həsən Nəsrullahın sağ əli Fuad Şokrun da əməliyyat nəticəsində öldürüldüyünü təsdiqləyib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər: Sloveniya   Livan  





Xəbər lenti