Pomidor niyə bahalaşır? - Açıqlama

   Pomidor niyə bahalaşır? -    Açıqlama
  05 Avqust 2024    Oxunub:1559
Son günlər sosial şəbəkələrdə pomidorun qiymətinin 4 manat olması barədə xəbərlər yayılıb. Belə ki, rayonlarda 50 qəpiyə olan tərəvəzin Bakıda satış qiyməti 4-5 manat arası dəyişir.
"Mövsümü gəlməyən meyvə-tərəvəzlər öldürə bilər" - EKSPERT
Pomidorun bahalaşmasının bir neçə səbəbi ola bilər. Hava şəraitinin pis olması məhsuldarlığı azalda bilər. Yaxud da tələbin artması və ya təklifin azalması qiymətləri yüksəldə bilər.

Kənd təsərrüfatı eksperti Akif Nəsirli AzVision.az -a bildirib ki, hazırda rayonlarda qeyri- sabit, əlverişsiz hava şəraitinə görə məhsul istehsalı azdır.

“Pomidorun qiyməti də buna görə bahalaşır. Amma bizim başqa problemlərimiz də var. Məsələn, sahibkarın bazara əlçatanlığı aşağı səviyyədədir. Bu problem ötən il də, ondan əvvəlki il də, bu il də olub. Lakin məsələ burasındadır ki, məhsuldarlıq aşağı olduğuna görə bazardakı tələb ödənmir. Əvvələr Azərbaycan pomidoru xaricə ixrac edirdi, indi isə idxal edir".



Həmidə İbrahimova
AzVision.az



Teqlər:   meyvə-tərəvəz   pomidor   bahalaşma  





Xəbər lenti