"ABŞ İranın İsrailə mümkün hücumu barədə məlumat almayıb"

   "ABŞ İranın İsrailə mümkün hücumu barədə məlumat almayıb"
  02 Avqust 2024    Oxunub:406
"Son günlər ABŞ kəşfiyyatı İran Silahlı Qüvvələrinin diqqətçəkən hərəkətini aşkarlamayıb".
AzVision.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al-Hadath" agentliyi Bayden hökumətinin adı açıqlanmayan mənbələrinə istinadən məlumat yayıb.

Nəşr həmçinin bildirir ki, İranın regiondakı tərəfdaşlarının "İsrailə İran adından böyük hücuma hazırlaşdıqlarına" dair işarə də qeydə alınmayıb.

"Zənnimizcə, Tehranın bu və ya digər şəkildə cavab əməliyyatına qərar verib hazırlaşmaq üçün vaxta ehtiyacı var", - ABŞ rəsmisi agentliyə bildirib. O həmçinin deyib ki, gözlənilən əməliyyatın genişmiqyaslı olacağı ehtimalı yoxdur:

"Çünki nə İran, nə də İsrail bir-biri ilə müharibə aparmaq istəyir. Hər halda, bura Yaxın Şərqdir, vəziyyət istənilən anda dəyişə bilər".
Xamenei İsrailə hücum əmri verib

Xatırladaq ki, Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdlə öldürülməsinin ardınca İranın ali dini lideri Əli Xamenei İsraili günahlandıraraq, bu ölkəyə hücum əmri verib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İran   İsrail   münaqişə  





Xəbər lenti