Trampın yeni seçilmiş vitse-prezidenti JD Vens İsrail haqqında danışıb

Trampın yeni seçilmiş vitse-prezidenti JD Vens İsrail haqqında danışıb
  02 Avqust 2024    Oxunub:1415
"Bizim hər birimiz bir İsrailliyik. Bu torpaqlar yəhudi xalqının torpaqlarıdır, bu torpaqlar müqəddəs mirasdır. Bu torpaqlar İbrahimin, İsaqın, Davudun və Süleymanın mirasıdır. Bu torpaqlar bizə əhdi ətiqdə deyildiyi kimi şərə qarşı qorumalı olduğumuz müqəddəs vəzifədir" - deyə Vens qeyd edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Vens son günlər Yaxın Şərqdə artan gərginliyin fonunda İsrail tərəfdarı olduğunu bildirib.

"Amerika məğlub olduğunu bilsə belə yenə İsrailə yardım edəcək. Çünki əgər biz İsraili tək qoysaq tanrı bizi əfv etməz və onunla olan əhdimizi pozmuş olacağıq , Amerika dövlətinin yaradılış məqsədlərindən ən önəmlisi yəhudi xalqının qorumaqdır və biz bunu etməyə iddialıyıq". - JD Vens .

AzVision.az




Teqlər:





Xəbər lenti