Tramp sentyabrın 4-də Harrislə debata çıxa bilər

   Tramp sentyabrın 4-də Harrislə debata çıxa bilər
  03 Avqust 2024    Oxunub:391
Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp sentyabrın 4-də ABŞ-ın vitse-prezidenti və onun seçki yarışında rəqibi Kamala Harrislə debat keçirmək üçün “Fox News” telekanalı ilə razılaşıb.
Görüşün Pensilvaniyada baş tutacağı gözlənilir. Tramp bildirib ki, sentyabrın 10-da ABC-də keçiriləcək debat üçün əvvəlki tənzimləmə artıq etibarlı deyil, çünki Cozef Bayden yarışı tərk edib.

Bundan əlavə, Respublikaçı Harrislə debatın keçiriləcəyi məkanda tamaşaçıların olmasını istəyir.

Demokratlar qəti şəkildə buna qarşıdır. Hətta iyun ayında ən yüksək hökumət postuna iki iddiaçı arasında debatın yalnız aparıcıların iştirakı ilə baş tutmasını istəmişdi. “Fox News” kanalı artıq sentyabrın 17-də debat təşkil etməklə bağlı təklifi Tramp və Harrisə göndərib.


AzVision.az


Teqlər: Tramp   Debat  





Xəbər lenti