“Coca-Cola” 6 milyard dollar cərimələnib

“Coca-Cola” 6 milyard dollar cərimələnib
  03 Avqust 2024    Oxunub:370
Amerikada Vergi Məhkəməsi “The Coca-Cola” şirkəti ilə ABŞ Daxili Gəlir Xidməti arasında davam edən vergi işi üzrə yekun qərar verib.
Qərara əsasən şirkət üzərində təqribən 2,7 milyard dollarlıq öhdəlik yaranıb. Belə ki, tətbiq olunan faizlə birlikdə ümumi məbləğin təxminən 6 milyard dollar olacağı gözlənilir.

Söhbət “Coca-Cola” şirkətinin təxminən on il ərzində vergidən yayınmasından gedir. İstintaq hesab edir ki, şirkət öz gəlirinin əhəmiyyətli hissəsini xarici bölmələrə köçürüb, bununla da federal vergiləri ödəməkdən yayınıb. Bu cərimə ödənilərsə, Amerika korporasiyası üçün rekord olacaq.


AzVision.az


Teqlər: Coca-Cola   Vergi  





Xəbər lenti