Son iki ayda Rusiyada 1170-dən çox insan suda batıb

Son iki ayda Rusiyada 1170-dən çox insan suda batıb
  03 Avqust 2024    Oxunub:916
“İyun və iyul aylarında Rusiyada su hövzələrində 1170-dən çox insan, o cümlədən 275 uşaq batıb ki, bu da ötən illə müqayisədə çoxdur”.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov məlumat verib. Nazirin sözlərinə görə, ölkədə çoxlu su anbarları var və hər birinin xilasedicilərlə təmin etmək fiziki cəhətdən çətindir:

“Yayın iki ayı ərzində su ərazilərində 2 mindən çox insident baş verib. 125-i uşaq olmaqla, 500-ə yaxın insan xilas edilib. Təəssüf ki, 1173 nəfər, o cümlədən 275 uşaq suda boğularaq ölüb - bu rəqəmlər əvvəlki illə müqayisədə çoxdur. Vətəndaşlar öz həyatları və övladlarının təhlükəsizliyi üçün məsuliyyətli olmalıdırlar”.

AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti