Saxtakarlığa görə həbs edilmiş bankir azadlığa buraxıldı
Bildirilib ki, İ.Məmmədov 2007-2023-cü illərdə bankda yüksək vəzifələrdə çalışıb. Ötən ilin iyun ayında o işdən çıxarılıb və barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Məlum olub ki, İdris Məmmədov sənədlərin saxtalaşdırılması və digər yollarla banka məxsus yüzminlərlə pul vəsaitini mənimsəyərək ələ keçirib.
O, 4 iyul 2023-cü il tarixdə həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə İ.Məmmədovun törətdiyi əməllərlə bağlı cinayət məsuliyyətinə cəlbetmə vaxtı keçdiyinə görə ona mənimsəmə faktları üzrə cəza təyin edilməyib. O, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin cəzası 1 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib. 13 ay həbsdə saxlanılan bankir məhkəmə zalından azadlığa buraxılıb (qafqazinfo).
AzVision.az
Teqlər: