Bolton: İranın İsraildən qisası bu dəfə çox ağır olacaq və çoxlu ziyan vuracaq

    Bolton:       İranın İsraildən qisası bu dəfə çox ağır olacaq və çoxlu ziyan vuracaq
  03 Avqust 2024    Oxunub:284
"İran HƏMAS-ın Tehrandakı siyasi ofisinin rəhbərinin öldürülməsinə cavab olaraq sionist rejimə külli miqdarda ziyan vuracaq".
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton son hadisələrə fikrini belə şərh edib:

- "Deməliyəm ki, fikrimcə, İran çox təsirli və mühüm bir iş görəcək. Bunun sübutu olaraq İran liderinin İsmayıl Haniyənin cənazəsinə namaz qılmasını və çıxışı zamanı "ağır cavab" verəcəklərini deməsini göstərmək olar. Buna görə də inanıram ki, bu, çox mühüm hadisədir və bu dəfəki reaksiya ötən apreldə baş verənlərdən fərqli olacaq. İranın İsrailə qarşı güclü cavab təhdidləri Təl-Əvivi öz müdafiəsini gücləndirməyə məcbur edəcək, lakin İranın nə edəcəyini və İsrailin necə cavab verəcəyini görmək qalır".

AzVision.az



Teqlər:





Xəbər lenti