Hakan Fidan Misirə səfər edəcək

Hakan Fidan Misirə səfər edəcək
  03 Avqust 2024    Oxunub:268
Türkiyənin xarici işlər naziri Hakan Fidan beynəlxalq və regional prosesləri müzakirə etmək üçün Misirə səfər edəcək.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Cənab nazirimiz 4-5 avqust 2024-cü il tarixlərində Misirdə rəsmi səfərdə olacaq. Görüşlərdə ikitərəfli münasibətlərimizlə yanaşı, aktual beynəlxalq və regional proseslərin müzakirə olunacağı gözlənilir,” – mətbuat xidməti diqqətə çatdırıb.

Xatırladaq ki, daha əvvəl Türkiyənin baş diplomatı Qətərdə Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin dəfn mərasimində iştirak etmişdi.

AzVision.az




Teqlər:





Xəbər lenti