Husilər ABŞ-nin PUA-sını vurdu: Ədən körfəzində gərginlik artdı

      Husilər ABŞ-nin PUA-sını vurdu:    Ədən körfəzində gərginlik artdı
  04 Avqust 2024    Oxunub:377
Şiə Ənsar Allah hərəkatı (husilər) üzvlərinin Amerikaya məxsus MQ-9 Reaper pilotsuz təyyarəsini vurduğunu və Ədən körfəzində “Qroton” gəmisinə ballistik raketlərlə hücum etdiyini bildirib.
“Yəmən Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Amerikanın MQ-9 pilotsuz təyyarəsini “yer-hava” raketindən istifadə edərək vura bilib.

Hərbi Dəniz Qüvvələri və raket birləşmələri birgə hərbi əməliyyat keçirərək Ədən körfəzində “Qroton” gəmisinə ballistik raketlərlə hücum ediblər”, - Husi silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sarian deyib.

Husi sözçüsünün qeyd etdiyi kimi, gəmi daha əvvəl Ənsar Allah hərəkatı tərəfindən elan edilmiş İsrail limanlarına giriş qadağasını pozduğu üçün atəşə tutulub. MQ-9 pilotsuz təyyarəsi isə husilərin özləri tərəfindən hazırlanmış raketlə vurulub.

Yəmənin Qırmızı dəniz sahillərinin əksəriyyətinə nəzarət edən Ənsar Allah (Husi) hərəkatı daha əvvəl Fələstini dəstəklədiyini və İsraillə əlaqəli istənilən gəmiyə hücum etmək niyyətini açıqlamışdı. Hərəkat digər ölkələri ekipajlarını geri çəkməyə və dənizdə onlara yaxınlaşmamağa çağırır.

Eyni zamanda, husilər regionda üzgüçülük azadlığına və başqa ölkələrin gəmilərinə mane olmadıqlarını bildiriblər.

Uğur Əlizadə
AzVision.az




Teqlər:





Xəbər lenti