İsrailin Qəzzada məcburi köçkünlərin qaldığı məktəb ərazisinə endirdiyi zərbələr nəticəsində azı 30 nəfər həlak olub. Bu barədə Əl-Cəzirə telekanalı mənbələrə istinadən məlumat yayıb.
Hücumlar Fələstin anklavının şimalında yerləşən Nasser və Hassan Salameh məktəblərinə edilib. Telekanal hücumda ölənlərin sayını açıqlamayıb.
Bundan əvvəl SAXAL-ın mətbuat xidməti hücumun olduğunu təsdiqləyib. Bildirilib ki, mülki əhalinin zərər çəkmə riskini azaltmaq üçün tədbirlər görülüb.