Mali Ukrayna ilə diplomatik əlaqələri kəsir

Mali Ukrayna ilə diplomatik əlaqələri kəsir
  05 Avqust 2024    Oxunub:1290
Malinin keçid hökuməti Ukrayna ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib.
AzVision.az xəbər verir ki, Mali hakimiyyətinin “aBamaco” portalında yerləşdirilən bəyanatında belə deyilir.
Belə qərar iyulun sonunda Mali hökumət qoşunlarının və onların tərəfində döyüşən “Vaqner” özəl hərbi şirkətinin silahlılarının kolonnasına hücum edən Tuareq qəbiləsinin olan üsyançılarına Kiyevin dəstək verdiyi barədə etirafı ilə əlaqədar qəbul olunub.

Mali hakimiyyəti hesab edir ki, Ukraynanın hərəkətləri “Malinin suverenliyini pozur və beynəlxalq terrorizmi dəstəkləyir”.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Mali   Ukrayna  





Xəbər lenti